“Evə girəndə gördüm ki, yataq otağında arvadım qonşumla...” – dəhşətli cinayətin TƏFƏRRÜATLARI
16 sentyabr 2022 20:15 (UTC +04:00)

“Evə girəndə gördüm ki, yataq otağında arvadım qonşumla...” – dəhşətli cinayətin TƏFƏRRÜATLARI

Bakıda qonşusuna ağır xəsarətlər yetirməkdə təqsirləndirilən Əli Niyamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əli Niyamovun qonşusu Habil Nəbiyevi hansı səbəbdən xəsarətlər yetirməsi ictimaiyyətə qaranlıq qalıb.

Lent.az sözügedən cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə ötən il martın 13-də saat 21 radələrində paytaxtın Səbail rayonunda qeydə alınıb. 

Belə ki, işdən evə qayıdan Əli Niyamov arvadı Gülnarı yataq otağında qonşusu Habil Nəbiyevlə cinsi əlaqədə olarkən tutub. Onların arasında mübahisə yaranıb. Əli Niyamov Habil Nəbiyevə əl və ayaqla, daha sonra kəsici-deşici alətlə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əli Niyamov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə danışan Əli Niyamov ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Habil qonşuluqda yaşayıb, münasibətləri əvvəllər normal olub:

“Habil hadisədən təxminən 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən amnistiya aktı əsasında azadlığa buraxılıb. O, tüfeyli həyat sürən, bir neçə dəfə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan şəxs idi.

Bütün bunlara baxmayaraq, qonşu kimi dəfələrlə evimdə olub. Siqaretə, pula və digər ehtiyaclarına görə yanıma gələndə ona kömək etmişəm. Lakin o, əclaflıq elədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həyat yoldaşı Gülnar övladları öləndən sonra psixoloji problemlər yaşayıb:

“Gülnar birdə görürdün yaddaşını itirir, heç kimi tanımırdı. Hətta dəfələrlə məni tanımayıb uşaqların adı ilə çağırırdı. Hadisə günü axşam saat 21:00-dək işdə olmuşam. Evin qapısını açanda sakitlik olduğunu gördüm. İçəri yataq otağına keçəndə Habilin həyat yoldaşım Gülnarla cinsi əlaqədə olduğunu gördüm. Həmin vaxt ani şok vəziyyətinə düşdüm. Habilin üzərinə atıldım və əlbəyaxa oldum. Ona əlimlə, ayağımla zərbələr vurdum. Şokda olduğumdan əlbəyaxa olan zaman onu neçə dəfə və necə vurduğumu xatırlamıram”.

Əli Niyamov bildirib ki, Habil onun əlindən çıxaraq evdən qaçmağı bacarıb:

“Özüm də hələ şokdan ayılmadım. Yavaş-yavaş özümə gəldim, su içərək sakitləşdim. Sonra Habilin yaxınlıqda olan evinə getdim, anasını çağıraraq onu soruşdum. Anası onun evə gəlib, sonra harasa getdiyini bildirdi. Məndən nə olduğunu soruşdu. Baş verənləri ona danışdım. Habilin anası əli ilə dizinə, başına vuraraq oğlunu söydü. Sonra mənə yalvardı ki, bu barədə polisə deməyim. Çünki Habil cəzaçəkmə müəssisəsindən təzə çıxmışdı. Yenidən həbsxanaya qayıtmasını istəmirdi. Anasına hadisə barədə polisə xəbər verməyəcəyimi bildirdim. 

Qarşılığında mənim də barəmdə polisə məlumat verməmələrini xahiş etdim. Anası razılaşdı. Sonra mən evə getdim. Bir saatdan artıq müddət keçdikdən sonra təcili yardım avtomaşınının səsini eşitdim. Çölə çıxanda maşının Habilin yaşadığı evə tərəf getdiyini gördüm. Onun yaşadığı evə gedəndə Habilin yarıçılpaq vəziyyətdə uzadıldığını, sinə və qarın nahiyəsində vurduğum zərbələrin təsirindən iki xəsarətin olduğunu gördüm. Başında da xəsarətlər vardı. Həkim Habilin təzyiqini ölçdü, təzyiqin sürətlə aşağı düşdüyünü bildirərək ölə biləcəyini dedi. Onu xəstəxanaya aparacaqlarını dedilər və apardılar. Həmin vaxt həkim nə olduğunu soruşdu. Bu barədə heç nə deyən olmadı. Yoldaşımı səhəri gün oğlumun Masazırdakı evinə apardım, sonra öz evimə qayıtdım. Həmin gün saat 17-18 radələrində oğlanlarım Nihad  və  Çingizi evə çağırdım. Hər ikisinə hadisə barədə danışdım. Saat 19 radələrində evdən çıxaraq işə getdim”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki gün qonşular ona polis tərəfindən axtarıldığını deyiblər:

“Bu xəbəri eşidəndən sonra evə keçərək yuyundum. Yemək yeyib uzandım. Ancaq yata bilmədim. Yerimdən qalxaraq saat təxminən 12-də evdən çıxıb Masazır qəsəbəsində yaşayan oğlumun yanına getdim ki, yoldaşımın vəziyyətinin nə yerdə olduğunu öyrənim. Həmin gün orada qaldım. Martın 16-da səhər saatlarında polisdən zəng vurdular, oğlumdan məni soruşdular. Oğlum onun yanında olduğumu və məni polisə gətirəcəyini bildirdi. Sonra oğlumla birlikdə polisə gəlib təslim oldum”.

Əli Niyamov sonda qeyd edib ki, Habili öldürmək niyyəti olmayıb, xəsarət yetirməkdə məqsədi psixi xəstəliyi olan arvadı ilə cinsi əlaqədə olduğu üçün cəzalandırmaq olub.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş Habil Nəbiyev vəfat edib və məhkəmədə onu anası hüquqi varis kimi təmsil edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Niyamov 5 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11568
avatar

Səlcuq Elçin

Oxşar yazılar