Əşyalarını işlətdiyi üçün qardaşını bıçaqladı
12 dekabr 2023 17:30 (UTC +04:00)

Əşyalarını işlətdiyi üçün qardaşını bıçaqladı

Türkiyədə qardaş qeyri-adi səbəblə qardaşını bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Küçükçekmece qəsəbəsində baş verib. 34 yaşlı Fateh Korur qardaşı 29 yaşlı Erdiyə əşyalayından istifadə etməməsi barədə xəbərdarlıq edib. Lakin qardaşının yenə onun əşyalarından istifadə etdiyini gördüyü üçün aralarında münaqişə yaranıb.

Münaqişə zamanı böyük qardaş kiçik qardaşını boynundan və çiynindən bıçaqlayıb.

Hadisə yerinə gələn polislər F. Koruru saxlayaraq, istintaqa təhvil veriblər. Məhkəmə qərarı ilə o, həbs edilib. Yaralı qardaşın isə müalicəsi davam edir.

# 3051
avatar

Oxşar yazılar