Moskva vilayətində qadın ailə münaqişəsi zəminində ərinə və qayınanasına çoxsaylı xəsarətlər yetirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Mıtişi şəhərində baş verib. Ailə üzvləri arasında münaqişə yaranıb, nəticədə 43 yaşlı qadın mətbəx bıçağını götürərək ərini yaralayıb. Bundan sonra rus qadın qayınanasına xəsarət yetirib.
Aqressiv qadını yalnız anası sakitləşdirə bilib. Cinayətkar qadının anası polis və təcili yardım çağırıb. Mütəxəssislər dərhal hadisə yerinə gəliblər, həkimlər qayınanaya omba nahiyəsindən zədə diaqnozu qoyublar. Lakin oğlunun xəsarətləri barədə məlumat verilməyib.
Polis şübhəli şəxsi saxlayıb və psixiatriya xəstəxanasına göndərib. Qadının psixiatriya xəstəxanasında qeydiyyatda olduğu məlum olub.