Ən yaşlı  “qanuni oğru”lardan biri   hava limanında  saxlanıldı
23 noyabr 2026 14:21 (UTC +04:00)

Ən yaşlı “qanuni oğru”lardan biri hava limanında saxlanıldı

0

Kriminal aləmdə "Valter" kimi tanınan 80 yaşlı Valiko Ceceya Rusiyada saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mənbələrdən biri bildirib ki, Valiko Cecey Rusiyada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Başqa bir mənbənin məlumatına görə, Ceceya qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə (Cinayət Məcəlləsinin 210.1-ci maddəsi) cinayət işi açılıb. Onun Şeremetyevo hava limanında saxlanıldığı bildirilir.

Picture background

Qeyd edilir ki, ən yaşlı aktiv “qanuni oğru” olan Valter uzun illər Monteneqroda yaşayıb, lakin vizasının müddəti bitdiyinə görə oradan ayrılmaq məcburiyyətində qalıb. Rusiya vətəndaşlığına malik olan “qanuni oğru” Ermənistandan Moskvaya göndərilib. Rusiya təhlükəsizlik rəsmiləri ilə qarşılaşdıqda, Valter “qanuni oğru” statusu ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Yaşlı kriminal avtoritet Moskvaya ikiqat pnevmoniya ilə gəlib. Əməliyyatdan sonra Valter ölkəni tərk edəcəyinə söz verib.

Valiko Ceceya 1990-cı illərdə Uzaq Şərqdə və Saxalində cinayətkar şəbəkələrə nəzarət edən yaşlı nəslin nüfuzlu gürcü “qanuni oğru”sudur. 1990-cı illərin qarışıq dövründə o, Uzaq Şərqdə təsir dairələri uğrunda Yevgeni Vasin (Cem) ilə rəqabət aparıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1246

Oxşar yazılar