Elxan İbadov Gürcüstanda  saxlanılıb   Azərbaycana gətirildi
01 dekabr 2023 18:13 (UTC +04:00)

Elxan İbadov Gürcüstanda saxlanılıb Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Lent.az-ın Baş Prokurorluqdan əldə olunan məlumatına görə, vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbadov Elxan Əhliyyət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. 

Bakı şəhəri Nizami rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. 

E.İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabr ayının 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

# 6354
avatar

Sevinc Fərid

Oxşar yazılar