Türkiyədə yeniyetmə oğlan öldürülüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Güngörən qəsəbəsində baş verib. Naməlum şəxs motosikletlə sürən 15 yaşlı Zəfər Elitoka silahdan atəş açıb. Daha sonra o, yerə yıxılan yeniyetməyə yaxınlaşaraq, təpik də vurub.
Xəstəxanaya aparılan oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar saxlanılan şəxs, Elitoku ədavətli olduğu adama oxşatdığı üçün vurduğunu deyib. Araşdırma aparılır.
Zəfər Elitok