Yanvarın 31-də ölkədə qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.