Dostunu  qayçı ilə  öldürdü
19 sentyabr 2023 13:07 (UTC +04:00)

Dostunu qayçı ilə öldürdü

Sankt-Peterburqda keçmiş məhkum ziyafət zamanı dostunu vəhşicəsinə öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qətl Evdokim Oqnev küçəsində, mərhumun keçmiş sevgilisinin mənzilində törədilib. Səhər ev sahibi olan qadın keçmiş ərini ölü halda tapıb.

Məlum olub ki, əvvəllər oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən zərər vurma, habelə ağırlaşdırıcı əlamətləri olmayan adam öldürmə maddələri ilə məhkum olunmuş şəxs münaqişə zəminində dostunu qayçı ilə qətlə yetirib. Sonuncu cinayətə görə, o, 2010-cu ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3081

Oxşar yazılar