Polis Sankt-Peterburqda federal axtarışda olan Nijni Novqorod sakinini saxlayıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, 29 yaşlı kişi dostunu metal qantellə döyərək öldürüb.
Mənbənin sözlərinə görə, hadisə 2023-cü ilin dekabrında Nijni Novqorod vilayətinin Qorodets şəhərində baş verib.
Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs polisə aparılıb.