Dostunu bıçaqlayana cəza verildi
24 yanvar 2025 15:25 (UTC +04:00)

Dostunu bıçaqlayana cəza verildi

Dostunu bıçaqlamaqda təqsirləndirilən Cəmil Rüstəmova hökm oxunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən 126.2.4-ci maddə 131-ci maddəyə tövsif edilib. 

Yekun olaraq o, 3 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar