Dalaşdığı sevgilisinin yanına gedən şagird İNTİHAR ETDİ
16 yanvar 2024 16:57 (UTC +04:00)

Dalaşdığı sevgilisinin yanına gedən şagird İNTİHAR ETDİ

Türkiyədə yeniyetmə intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Trabzon şəhərinin Yomra qəsəbəsində baş verib. 16 yaşlı A.E.K dalaşdığı sevgilisinin yanına, təhsil aldığı liseyin qarşısına gələrək tapançanı başına dirəyib. Burada digər şagirdlər ona mane olmaq istəyiblər. Lakin yeniyetmə məhəl qoymayıb. Daha sonra onun sevdiyi qız yanına gəlib. Onlar məktəbin arxasına keçərək mübahisələrini davam etdiriblər.

Lakin bir anda A.E.K başına dirədiyi tapançadan atəş açıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib.

Xəstəxanaya aparılan şagirdin həyatını xilas etmək mümkün olmayıb. Onun çantasından isə “Qarşılıqlı sevgi olsaydı, belə olmazdı” yazıldığı qeyd üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4011
avatar

Oxşar yazılar