Türkiyədə kriminal qruplaşmalara qarşı irimiqyaslı əməliyyatlar keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar 31 şəhərdə baş tutub. 15 cinayətkar qruplaşma və onları silahla təmin edən 24 dəstəyə polis tərəfindən basqın edilib.
Şantaj, sələmə pul vermə, hədə-qorxu ilə pul tələb etmə, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin hazırlanması və satışı ilə məşğul olan dəstələrə qarşı keçirilən bu əməliyyatlar zamanı 307 nəfər saxlanılıb.
Həmçinin cinayətkar qruplaşmaların obyektlərindən 161 tapança, 164 ov tüfəngi, 2 avtomat və sursatlar ələ keçirilib.