Cəlilabadda qətl törədən həbs edilib.
Cəlilabad rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
***
Saat: 10:54
Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu öldürməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 25 yaşlı Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlin qisas olaraq törədildiyi ehtimal edilir. Belə ki, məlumata əsasən, X. Əhmədli bir müddət əvvəl rayon sakini olan bir kişini döyüb. Onun məhz döydüyü kişinin oğlu tərəfindən qətlə yetirildiyi bildirilir.