Bir stəkan suya görə  döyüb öldürdülər - Türkiyəni şoka salan QƏTL
14 sentyabr 2024 18:12 (UTC +04:00)

Bir stəkan suya görə döyüb öldürdülər - Türkiyəni şoka salan QƏTL

Türkiyədə gənc oğlan 1 stəkan suya görə öldürülüb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kahramanmaraş şəhəri Kiçik Sənaye küçəsində baş verib. 29 yaşlı Mesut Kazancı bir fabrikin önündən keçərkən işçilərdən su istəyib. İşçilər çöldəki krantı göstərərək ordan içməsini deyiblər. Mesut Kazancı isə onlardan stəkan istəyib. Bu da fabrik işçilərinin xoşuna gəlməyib.

Nəticədə tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Kazancı fabrikin 2 işçisi Ahmet İ. Və Erman N. tərəfindən döyülüb. Komaya düşən Kazancı 2 gün sonra xəstəxanada ölüb.

Mərhumun 2 aylıq qızının olduğu bildirilir.

Onu döyərək öldürənlər isə polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

Oxşar yazılar