Beyləqanda 7-ci sinif şagirdi  11-ci sinif şagirdini bıçaqladı - YENİLƏNİB
15 oktyabr 2024 15:55 (UTC +04:00)

Beyləqanda 7-ci sinif şagirdi 11-ci sinif şagirdini bıçaqladı - YENİLƏNİB

Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqanda məktəblinin bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.

Lent.az-ın məlumatına görə, qurumdan bildirilib ki, hadisə şagirdlər aralarında yaranmış mübahisə zamanı baş verib.

"14 oktyabr 2024-cü il tarixində saat 14:00 - 15:00 radələrində məktəbdənkənar ərazidə baş verib. Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zəminində xəsarət yetirib. Xəsarət alan məktəbli tibb müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək".

***

saat 13:22

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Lent.az  xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar