Göyçayda "avtoş"luq edən yeniyetmə saxlanıldı - VİDEO
21 dekabr 2024 12:21 (UTC +04:00)

Göyçayda "avtoş"luq edən yeniyetmə saxlanıldı - VİDEO

0

Göyçayda avtoxuliqanlıq edən yeniyetmə saxlanılıb.

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən 17 yaşlı yeniyetmə saxlanılıb. 

O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2906

Oxşar yazılar