Türkiyədə polis tanınmış memarı öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Beykoz qəsəbəsində baş verib. Yolda memar Turqut Toydəmir ilə polis arasında naməlum səbəbdən münaqişə yaranıb. Bu zaman polis xidməti silahla Toydəmiri vurub. Xəstəxanaya aparılan memar orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb və polis saxlanılıb.