Arvadını və uşaqlarını döyüb dilənməyə məcbur etdi
19 dekabr 2024 18:27 (UTC +04:00)

Arvadını və uşaqlarını döyüb dilənməyə məcbur etdi

Serbiyanın paytaxtı Belqradda kişi arvadını və uşaqlarını vəhşicəsinə döyərək dilənməyə məcbur edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Novi Beoqrad icmasının sakini bu il iyunun 3-nə keçən gecə evdə dava salıb. Ertəsi gün ərzində o, qadını, eləcə də 2 və 4 yaşlı iki uşağı öldürməklə hədələyib. Kişi onları beysbol çubuğu ilə döyüb, arvadının üzünü eybəcərləşdirib və qızı ilə birlikdə dilənmək üçün çölə çıxmağa məcbur edib.

Yaralı qadın evdən qaçıb və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində yoldan keçəndən kömək istəyib. O da hadisə yerinə polis çağırıb. Ailə başçısı iki ağır məişət zorakılığı əməlində ittiham olunub. İndi o, həbsdədir. Adamı bu cinayətə görə 2 ildən 10 ilədək, ikinci cinayətə görə isə altı aydan beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar