Zaqatalada gənc oğlan iki həmkəndlisini  bıçaqladı
21 dekabr 2024 10:12 (UTC +04:00)

Zaqatalada gənc oğlan iki həmkəndlisini bıçaqladı

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə dekabrın 21-i gecə saat 1 radələrində Faldarlı kəndi ərazisində baş verib.

22 yaşlı Vasif Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndliləri 25 yaşlı Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21807
avatar

Oxşar yazılar