Balakən və Qaxda yanacaqdoldurma məntəqələri bağlandı - VİDEO
21 dekabr 2024 11:18 (UTC +04:00)

Balakən və Qaxda yanacaqdoldurma məntəqələri bağlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonu, Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib;

- obyektlər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2833

Oxşar yazılar

Abşeronda məktəblilər arasında  DAVA: yaralanan var

Abşeronda məktəblilər arasında DAVA: yaralanan var

2 iyun 2025 , 23:31
Sumqayıtda 3 maşın TOQQUŞDU:  yaralılar var

Sumqayıtda 3 maşın TOQQUŞDU: yaralılar var

2 iyun 2025 , 23:02
Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 39 yaşlı kişi bıçaqlandı

2 iyun 2025 , 22:43
Goranboyda "BMW"  alışıb yandı

Goranboyda "BMW" alışıb yandı

2 iyun 2025 , 20:28
Dəhşətli cinayət:  İtləri zorlayan kişilər  tutuldu

Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu

2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu  -YENİLƏNİB

Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB

2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ:  Kişi qonaq getdiyi qadının evində öldü

Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü

2 iyun 2025 , 18:54
Oyuncaq silahla insanları qorxudan sürücü  tutuldu - VİDEO

Oyuncaq silahla insanları qorxudan sürücü tutuldu - VİDEO

2 iyun 2025 , 17:32