12 dəfə evlənib boşandılar  – İşə dövlət qarışdı
21 dekabr 2024 12:04 (UTC +04:00)

12 dəfə evlənib boşandılar – İşə dövlət qarışdı

Avstriyada son 43 ildə 12 dəfə evlənib boşanan cütlük hökumətin diqqətini çəkib. Çünki bu cütlük şəxsi münasibətlərinə görə yox, ölkənin pensiya sisteminə qarşı dələduzluq etmək üçün boşanırmış.

Lent.az-ın xəbərinə görə, cütlüyün bu üsulla təqaüd sistemindən ümumilikdə 326 min avro qazandığı müəyyən edilib. Onların barələrində ciddi dələduzluq ittihamı ilə istintaq başlayıb.

Ümumilikdə 13 dəfə evləndiyi bildirilən qadın 1981-ci ildə birinci ərinin ölümündən sonra dövlətdən “dul qadın təqaüdü” almağa başlayıb.

Daha sonra o, bir neçə dəfə evlənib boşanıb. Hər evliliyi 3 il davam edib, hər səfər əri “əmək qabiliyyətini itirmiş şəkildə zədələnmiş” hesab olunub. O, eyni adamla 12 dəfə evlənib boşanıb. Qadın hər boşananda dul təqaüdü almağa davam edib və evləndiyi hər yeni həyat yoldaşı üçün 27 min avro təzminat alıb. İllərdir bu üsulla pul qazanan cütlüyün ümumilikdə 326 min avro əldə etdiyi məlum olub.

Cütlüyə qarı pensiya fondu tərəfindən məhkəmə iddiası qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar