Bəy öz toyunda qonağı öldürdü  - SƏBƏB
24 oktyabr 2024 19:46 (UTC +04:00)

Bəy öz toyunda qonağı öldürdü - SƏBƏB

Rusiyanın Omsk vilayətinin prokurorluğu öz toyunda qonağı öldürən 33 yaşlı bəyin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 9 il azadlıqdan məhrum edilməsini tələb edir.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə bu il mayın 19-da baş verib. Təqsirləndirilən şəxs Omskdakı restoranlardan birində öz toyunu qeyd edib. Qonaqlardan biri həddindən artıq spirtli içki qəbul edib, özünü düzgün aparmayıb, digər qonaqları narahat edib və onlara kolbasa atıb.

Bəy qonağı evə göndərmək üçün zaldan çıxarıb. Lakin o, qonağı çıxararkən qarnına və kürəyinə iki dəfə zərbə endirib.

Daha sonra döyülən şəxs pisləşərək, xəstəxanaya aparılıb və orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3549
avatar

Oxşar yazılar