Bərdədə qonşusunu öldürən yeniyetmə həbs edildi
12 iyul 2023 17:30 (UTC +04:00)

Bərdədə qonşusunu öldürən yeniyetmə həbs edildi

Bərdədə yeniyetmənin öz qonşusunu bıçaqlaması barədə xəbər vermişdik.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 56 yaşlı Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış istintaqla 17 yaşlı Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı  xəstəxanada ölməsinə  əsaslı şübhələr müəyyən edilib. 

Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır. 

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

 Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

# 3450
avatar

Oxşar yazılar