Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının son günlərdə keçidikləri tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 16 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə isə 7 kiloqramdan artıq - marixuana, heroin və metamfetamin, eləcə də metadon və tramadol həbləri aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Qeydə alınan faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.