Miçiqanlı adamyeyən, 2019-cu ildə tanışlıq proqramı vasitəsilə tanış olduğu bir adamı Milad gecəsində qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 53 yaşlı Mark Latunski sentyabr ayında 25 yaşlı Kevin Bekon adlı bərbərin qətlində təqsirli olduğunu etiraf etdikdən sonra şərti vaxtından əvvəl azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzasına məhkum edilib.
O, Bekonu kürəyindən bıçaqladığını və bədəninin bəzi hissələrini kəsdiyini etiraf edib və müstəntiqlərə yediyini deyib. Onun sözlərinə görə, o, qurbanın xayalarını da kəsib yeyib.