Başına 2 güllə  dəyən təqaüdçü sağ qaldı
25 aprel 2025 11:52 (UTC +04:00)

Başına 2 güllə dəyən təqaüdçü sağ qaldı

İnquşetiyada təqaüdçü başından güllələnib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Karabulakdakı Oskanov küçəsindəki evlərdən birinin girişində baş verib. Naməlum şəxs 71 yaşlı yerli sakinə odlu silahdan ən azı iki atəş açıb. Daha sonra adamın öldüyünü düşünərək qaçıb.

Lakin zərərçəkən sağ qalıb və Nəzran şəhərində xəstəxanaya yerləşdirilib. Ona başın parietal nahiyəsinin tangensial yarası və boyun nahiyəsinin nüfuz edən yarası diaqnozu qoyulub. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar