Bakıya bayramda satmaq üçün narkotik gətirən tutuldu - VİDEO
27 dekabr 2023 11:27 (UTC +04:00)

Bakıya bayramda satmaq üçün narkotik gətirən tutuldu - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakının Binəqədi rayonu ərazisində  xüsusi əməliyyat-axtarış tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə paytaxt sakini 30 yaşlı İmamverdi İsgəndərov saxlanılıb. Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3954
avatar

Oxşar yazılar