Bakının Maştağa qəsəbəsində ər-arvadın ölümü ilə bağlı bir sıra faktlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, 52 yaşlı Ələsgərov Elxan Qəzənfər oğlu və onun arvadı 45 yaşlı Əsədova Mahidə Mirzə qızının meyitləri Sabunçu rayonu, Maştağa-Zabrat şossesinin sağında kirayədə qaldıqları evin qonaq otağında aşkarlanıb. Hər ikisinin üzərində kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.
Məlumata görə, əvvəlcə Elxan Ələsgərov arvadı Mahidənin başını (boğazını) kəsib. Daha sonra divanda oturaraq biləklərini və dirsəyin qatlanan yerlərini doğrayıb.
Elxanın meyiti elə divanda oturaq halda aşkar edilib. Mahidənin cəsədi isə divanın arxasında uzanıqlı halda tapılıb.
Hadisənin hansı səbəbdən baş verməsi isə hələ ki, məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.