Bakıda yeniyetmə qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.
Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.