Bakıda ŞOK CİNAYƏT:  dostunu şantaj edib 169 min  manatını aldı
17 aprel 2025 12:00 (UTC +04:00)

Bakıda ŞOK CİNAYƏT: dostunu şantaj edib 169 min manatını aldı

Bakıda kişi şantaj olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169100 manatını ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3640

Oxşar yazılar