Bakıda qətl törədən məktəbliyə hökm oxundu
21 iyul 2025 13:00 (UTC +04:00)

Bakıda qətl törədən məktəbliyə hökm oxundu

Bakının Sabunçu rayonunda qətl törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid Ayxan İsmayılov ifadə verib

O ifadəsində bildirib ki, hadisə borc üstündə baş verib: "Onlar arasında mübahisə baş vermişdi. Əslində barışmışdılar, mənə zəng gəldi ki, bəs belə bir hadisə baş verib niyə belə olduğunu bilmədim".

Prosesdə hadisə ilə bağlı videogörüntü izlənilib.

Daha sonra dövlət ittihamçısı təqsirləndiriləm şəxsə 10 il cəza verilməsini təklif edib.

Zərərçəkənin hüquqi varisi bu təkliflə razılaşmıyıb və daha yüksək cəza verilməsini istəyib.

Müşavirədən sonra hökm oxunub. Hökümə əsasən təqsirləndirlən şəxs 10 il müddətində azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona  qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Fidan Fərmanlı 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar