Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Əlizadə Zülfiyyə Əli qızı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.