Bakıda oğulun anasını öldürməsi ilə bağlı YENİ XƏBƏR
10 fevral 2023 17:23 (UTC +04:00)

Bakıda oğulun anasını öldürməsi ilə bağlı YENİ XƏBƏR

Bakıda qadının yeniyetmə oğlu tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, fevralın 10-u saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 46 yaşlı Solmaz Mansurovanın intihar etməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 16 yaşlı S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Oxşar yazılar