Bakıda qətl törədən Səbuhi Zülalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.
Xatırladaq ki, hadisə 2022-ci ilin sentyabr ın 26-da Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. S. Zülalov 38 yaşlı Qədəşov Əfqan Novruz oğlunu gözündən bıçaqlayıb. Ə. Qədəşov hadisə yerində dünyasını dəyişib.