Bakıda gənc oğlanı boğazından bıçaqladılar
31 yanvar 2024 03:07 (UTC +04:00)

Bakıda gənc oğlanı boğazından bıçaqladılar

Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

28 yaşlı Sadıqov Hüseyn Həbib oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı boğazın kəsilmiş-deşilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 3726
avatar

Oxşar yazılar