Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu İ. Məmmədov küçəsində baş verib. Burada kirayədə yaşayan Cəlilabad rayon sakini 45 yaşlı Quliyev Rəfail Çapar oğlu arvadı 38 yaşlı Quliyeva Xalidə Aslan qızının qarnına 1 ədəd bıçaq xəsarəti yetirib.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.