Bakıda ƏMƏLİYYAT:  bir rayonda 23 nəfər tutuldu - VİDEO
06 oktyabr 2023 11:06 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: bir rayonda 23 nəfər tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib.

Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib.

Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Oxşar yazılar