Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə saat 10 radələrində Sabunçu qəsəbəsi, Dəmiryolu adlanan ərazidə baş verib. Naməlum şəxs Ələsgərov İlqar Firuddin oğlunun qarın boşluğuna bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Yaralı özü Sabunçu Tibb Mərkəzinə müraciət edib. Vəziyyəti orta ağırdır.
Hadisəni törətmiş şəxsin müəyyən edilməsi istiqamətində Sabunçu rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.