Bakıda  DƏHŞƏT:   Qardaş bacısını  boğub öldürdü
12 oktyabr 2023 23:56 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Qardaş bacısını boğub öldürdü

Oktyabrın 12-də saat 23 radələrində 20 yaşlı İlahə Kərimovanın ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, araşdırmalarla 19 yaşlı Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin birində aralarında yaranan mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7542
avatar

Oxşar yazılar