Bakıda bıçaqlanma olub.
Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə məhkum olunmuş 36 yaşlı Şahin Quliyev qayınanası 48 yaşlı Əzizova Arzu Məzahim qızının kirayə yaşadığı evə gələrək onu və keçmiş arvadı 27 yaşlı Məcidova Aysel Asəf qızını bıçaqlayıb. Sonra özü könüllü polisə təslim olub.
Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.