Bakıda adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror məhkəmədən İsmət Qədirova 18 il cəza verilməsini istəyib.
Məhkəmə noyabrın 30-a təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində həmyaşıdı olan İlkin Qurbanlını bıçaqlayaraq qətlə yetirib. İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.