Bakıda aktyor və arvadını  öldürən həbs edildi
24 oktyabr 2024 18:04 (UTC +04:00)

Bakıda aktyor və arvadını öldürən həbs edildi

Bakıda aktyor və arvadını öldürənlər tutulub. 

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 51 yaşlı İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 85 yaşlı İosif Tkaç Zusyeviç və arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4119
avatar

Oxşar yazılar