Bacısını döydüyü üçün yeznəsini GÜLLƏLƏDİ
24 avqust 2024 12:23 (UTC +04:00)

Bacısını döydüyü üçün yeznəsini GÜLLƏLƏDİ

Türkiyədə kişi yeznəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adananın Çukurova qəsəbəsində baş verib. 33 yaşlı S.G. əri 35 yaşlı Cəfər Gültəkinlə aralarında uzun müddət davam edən problem səbəbilə ata evinə gedib. Daha sonra boşanma üçün məhkəmədə iddia qaldırıb.

Qadın əşyalarını götürmək üçün atası ilə ərinin evinə gedib. Bu zaman əri ondan evə qayıtmağı tələb etsə də, qadın etiraz edib. Bundan hiddətlənən Cəfər Gültəkin S.G.-ni və atasını döyərək evdən qovub.

Hadisəni eşidən qadının böyük qardaşı 38 yaşlı Volkan Özdemir yeznəsinə zəng edərək onu görüşə çağırıb. Parkda görüşən qohumlar arasında münaqişə yaşanıb və Volkan tapança ilə yeznəsinin başına atəş açaraq qaçıb.

Xəstəxanaya yerləşdirilən Gültəkin 2 gün sonra ölüb. Polisin keçirdiyi əməliyyatla Özdemir saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5655
avatar

Oxşar yazılar