"Azərbaycanlılar dəstəsi"  HAKİM QARŞISINDA: niyə qapalı keçirilir?
04 oktyabr 2024 11:19 (UTC +04:00)

"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: niyə qapalı keçirilir?

Rusiyanın Tümen şəhərində yerləşən ticarət mərkəzində insanları döyən və bunu videoya çəkən yeniyetmələrin işi Leninski rayon Məhkəməsinə verilib. Orada artıq bir sıra dinləmələr keçirilib. Qondarma “azərbaycanlı dəstəsi”nin işi üzrə təqsirləndirilən şəxslərin çoxu azyaşlılar olduğu üçün proses qapalı keçirilir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “Azərbaycanlılar dəstəsi”nin işində yalnız bir yetkin təqsirləndirilən şəxs var – 18 yaşlı Ziya Əbilov. İş üzrə həmçinin təqsirləndirilən şəxslər 15 yaşlı iki yeniyetmə İlkin R. və Hüseyn G-dır.

Vəkil Pavel Rusnakovun sözlərinə görə, şübhəlilərdən ikisinin azyaşlı olması hökmə xüsusilə təsir etməyəcək:

“Bizim cinayət məcəlləmizdə göstərilir ki, cinayət azyaşlılar tərəfindən törədilibsə, ona 10 ildən artıq müddət verilə bilməz. Amma onlara belə bir müddət olmayacaq. Əgər 3 ildən artıq cəza verilsə, onlar 18 yaşına kimi yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan həbsxanada saxlanılacaq. Sonra isə adi cəzaçəkmə müəssisəsinə köçürüləcəklər”.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinirlər. Maddənin maksimum sanksiyası 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur, lakin onlara 5 ilədək müddətə məcburi işlərə cəlb olunma da tətbiq edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kafenin yanında adam öldürən azərbaycanlıya HÖKM OXUNDU

Kafenin yanında adam öldürən azərbaycanlıya HÖKM OXUNDU

21 dekabr 2024 , 14:00
Zaqatalada gənc oğlan iki həmkəndlisini  bıçaqladı

Zaqatalada gənc oğlan iki həmkəndlisini bıçaqladı

21 dekabr 2024 , 10:12
Polis tanınmış memarı öldürdü

Polis tanınmış memarı öldürdü

20 dekabr 2024 , 17:49
Kirayəçi ev sahibini çəngəllə öldürdü

Kirayəçi ev sahibini çəngəllə öldürdü

20 dekabr 2024 , 15:26
Bakıda 18 yaşlı oğlan bıçaqlandı

Bakıda 18 yaşlı oğlan bıçaqlandı

20 dekabr 2024 , 13:29
Arvadını və uşaqlarını döyüb dilənməyə məcbur etdi

Arvadını və uşaqlarını döyüb dilənməyə məcbur etdi

19 dekabr 2024 , 18:27
Borca görə bir ailəni yox etdi

Borca görə bir ailəni yox etdi

19 dekabr 2024 , 16:43
Deputat həmkarını güllələyib öldürdü

Deputat həmkarını güllələyib öldürdü

19 dekabr 2024 , 15:35