Azərbaycanda daha bir insan alveri ilə məşğul olan şəxsə hökm oxunub.
Lent.az-ın məlumatına görə, “İnsan alverçisi” Məsdan Dadaşova şəxsi maraqlarndan irəli gələrək azərbaycanlı qadınları aldatma yolu ilə cinsi istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri cinayəti törədib. Tutduğu əməl ifşa olunaraq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Cinsi istismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 (İnsan alveri) maddələri ilə cinayət işi başlanılıb, işin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Dadaşovanın əməlləri subuta yetirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.