Azərbaycanlı bir yumruğa  kişini öldürdü
20 sentyabr 2025 09:25 (UTC +04:00)

Azərbaycanlı bir yumruğa kişini öldürdü

0

Rusiyada qətl törədən azərbaycanlıya hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə mayın 22-də Balaşixa şəhərinin Kuçino stansiyasında baş verib. Yerli sakin ictimai yerdə ucadan söyüş söydüyünə görə azərbaycanlıya irad bildirib. Azərbaycanlı isə cavabında yumruqla onun üzünə zərbə endirib. Zərərçəkən yıxılaraq başı asfalta çırpılıb və aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

İkin olaraq “Sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı ittihamı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsinə dəyişdirilib.

Bir neçə gün əvvəl məhkəmə azərbaycanlı barəsində 1,5 il şərti cəza və cərimə hökmü çıxarıb. Təqsirləndirilən şəxs məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar