Azərbaycanda məktəbli qız zorlandı - ŞOK İDDİA
05 may 2022 12:11 (UTC +04:00)

Azərbaycanda məktəbli qız zorlandı - ŞOK İDDİA

Azərbaycanda 13 yaşlı qız zorlanıb.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksində qeydə alınıb.

Oranın sakini olan bir qadın Abşeron rayon Polis İdarəsinə müraciət edərək, 13 yaşlı qızı R. C-nın (ad şərtidir) 16 yaşlı oğlan tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Qeyd edək ki, ittiham olunan oğlan və zərərçəkmiş qız məktəblidir.

# 9894
avatar

Mehman Nəbiyev

Oxşar yazılar