Azərbaycanda insan alverçisi olan qadına HÖKM OXUNDU
25 noyabr 2023 15:06 (UTC +04:00)

Azərbaycanda insan alverçisi olan qadına HÖKM OXUNDU

İnsan alverində təqsirləndirilən daha bir qadının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Lent.az xəbər verir ki, Qurbanova Gülsevər Aslan qızının qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.

İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə G. Qurbanovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

# 4086
avatar

Oxşar yazılar