Azərbaycanda illər əvvəl törədilən cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. hadisə 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobil qəsdən yandırılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev bu ildekabr ayında müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.