Azərbaycanda 2 Pakistan vətəndaşı bıçaqlandı,  1-i öldü  - YENİLƏNİB
31 oktyabr 2023 10:04 (UTC +04:00)

Azərbaycanda 2 Pakistan vətəndaşı bıçaqlandı, 1-i öldü - YENİLƏNİB

Oktyabrın 30-da saat 21:30-da 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 1 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı Pakistan İslam Respublikası vətəndaşı Asad Shabbir Ahmadın Masazır kəndi ərazisində yerləşən mənzillərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 1 nəfər həmvətənlisinə müxtəlif xəsarətlər yetirməsinə, digərini isə öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Asad Shabbir Ahmad tutulub. 

İbtidai istintaq davam etdirilir.

***
Saat: 00:07

Abşeron rayonu, Masazır qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istnadla xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış massivində 10 saylı binada baş verib. Hadisə nəticəsində bir pakistanlı ölüb, digəri ağır yaralanıb. Yaralanan şəxs  xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs də Pakistan vətəndaşıdır və saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7869
avatar

Oxşar yazılar